A, B, C, D vitaminləri baxımından olduqca zəngin olan yaşıl almanın saysız faydaları var.
Yaşıl almanın faydaları:
✔ Alma yuxusuzluğu və yorğunluğu aradan götürür.
✔ Dəriyə parlaqlıq və gözəllik verir.
✔ Alma revmatizm xəstəliyi üçün də olduqca faydalıdır.
✔ Xərçəngə tutulma riskini azaldır.
✔ Qan təzyiqini aşağı salır.
✔ Qanda şəkərin miqdarını tənzimləyən alma eyni zamanda özündə C vitamini ilə pektini birləşdirdiyi üçün çox təsirlidir.
✔ Yaşıl alma həmçinin güclü antioksidantdır.
✔ Edilən bəzi araşdırmalar alma yeyənlərin daha asan nəfəs aldığını göstərir. Nəfəs darlığından əziyyət çəkən xəstələr üçün faydalı meyvədir.
✔ Bu alma eyni zamanda yorğunluğu aradan qaldırır.
✔ Ürək xəstəliklərinə qarşı qoruyucu təsirə malikdir.
✔ Yaşıl alma, xroniki qastritin və onun səbəb olduğu mədə yanmalarının müalicəsində istifadə edilə bilər. Hətta ürəkbulanması zamanı ən çox yaşıl alma yemək məsləhət olunur.
✔ Həzm sistemini yaxşılaşdırır və qəbzlik kimi problemləri həll edir.
✔ Tərkibindəki C vitamini sayəsində immunitet sistemini gücləndirir.
✔ Yaşıl alma qabığıyla birgə yeyilməlidir.
✔ Böyrəklərin təmizlənməsində əhəmiyyətli rol oynayır.
İdman etməzdən əvvəl 1 ədəd yaşıl alma yeməklə, bədənimizi enerji ilə təmin etmiş oluruq.
Tərkibindəki 85% su ilə orqanizmin maye ehtiyacını ödəyərək, toksinlərin orqanizmdən atılmasına kömək edir.