Diqqət yetirsək görərik ki, insan bədəni dayanmadan çalışan bir fabriki xatırladır. Orqanlarımız, hormonal və sinir sistemi mükəmməl bir uyğunluq içərisində fəaliyyət göstərir. Orqanizmimizdə bir çox funksiyanın yerinə yetirilməsində hormonal sistem əsaslı rol oynayır. Hormonların ifrazını temin edən daxili sekresiya vəziləri hormonal sistemi teşkil edir. Hipofiz, hipotalamus, qalxanabənzər və ətraf vəzilərin, mədəaltı vəz, yumurtalıq ve testislər, böyrəküstü vəz və damarların daxili səthini təmin eden endotel hüceyrələri daxili endokrin sistemi təşkil edən daxili sekresiya vəziləridir. Bu vəzilərdə istehsal olunan hormonların hər hansı birinin normadan artıq, az və ya heç istehsal olunmamasının nəticəsində orqanizmdə hormonal və metabolik pozuntular meydana gəlir.
Klinikamızda müalicəsi həyata keçirilən hormonal və metabolik pozuntular aşağıdakılardır:
• Artıq çəki və piylənmə
• Hipertenziya(yüksək təzyiq)
• İnsulinə qarşı rezistentlik
• Yemə pozuntuları
• Şəkərli diabet
• Qalxanabənzər vəzin xəstəlikləri(zob)
• Menopauza və s.
Endokrinoloq
Nevroloq
Kardioloq
Mama-Ginekoloq