Daxili xəstəliklər və ya terapiya şöbəsinin mütəxəssisləri ən sadə və tez-tez rast gəlinən patologiyalardan başlayaraq ən ağır və mürəkkəb xəstəliklərin diaqnostikası və müalicəsi ilə məşğuldur. Terapevtlər həm gənc yaşlarda yaranmış, həm də daha yetkin yaş dövründə inkişaf etmiş kəskin və xronik xəstəliklərin müalicəsini aparan mütəxəssilərdilər.

Xronik xəstəliklərin müayinə və müalicəsində terapevtlər digər mütəxəssislərin də daxil olduğu multidissiplinar komandanın tərkib hissəsində fəaliyyət göstərir.
Xronik xəstəliklər və mürəkkəb tibbi problemləri olan (yanaşı gedən bir neçə xəstəlik) pasiyentlərin sağlamlığının qorunmasına yönəlmiş tibbi diaqnostik və terapevtik xidmətlərin koordinatoru rolunda da məhz həkim-terapevt çıxış edir.

Terapevtik klinikamız 15 yaşdan yuxarı olan bütün pasiyentlərə fasiləsiz peşəkar xidmət göstərməkdədir.
Pasiyentin vəziyyətindən və ya xəstəliyin xüsusiyyətlərindən asılı olaraq, terapevtlər hematologiya, endokrinologiya, qastroenterologiya, kardiologiya, nevrologiya, nefrologiya və s. tibbi sahələrin mütəxəssisləri ilə birgə çalışır.

Tibb elminin ən son nailiyyətlərindən və ən müasir tibbi texnologiyalardan istifadə edərək, klinikamızın həkimləri Sizi etibarlı və keyfiyyətli xidmətlərlə təmin edir.

Terapevtlər çox geniş spektr xəstəliklərin müalicəsini aparır. Bunların bəziləri aşağıda nümunə olaraq göstərilir:
• Yuxarı və aşağı tənəffüs yollarının xəstəlikləri
• İnfeksion xəstəliklər
• Yüksək qan təzyiqi və ya hipertoniya
• Şəkərli diabet, tip 2 (ilkin diaqnostika, müalicənin tənzimlənməsi)
• Qalxanvari vəzin xəstəlikləri, o cümlədən, düyünsüz və düyünlü ur.
• Qanda xolesterin və triqliseridlərin (yağların) artıqlığı
• Mədə-bağırsaq yollarının xəstəlikləri, o cümlədən, qaraciyər, mədə, mədəaltı vəzi, öd kisəsi, yoğun bağırsaq və s. xəstəlikləri
• Ağciyər xəstəlikləri, o cümlədən, bronxitlər, emfizemalar, pnevmoniyalar, plevritlər, ağciyər düyünləri və s.
• Böyrək və sidik-cinsiyyət sistemi xəstəlikləri, məs., kəskin və cronin böyrək çatışmazlığı, böyrək daşı xəstəliyi, sidik yollarının infeksiyaları, sistitlər (qadın və kişilərdə), cinsi yolla keçən xəstəliklər və s.
• Qan xəstəlikləri, o cümlədən, dəmir, vitamin B12 və fol turşusu çatışmazlığı ilə bağlı anemiyalar, qanaxmalar, laxtalanmanın pozulması,
• Damar xəstəlikləri, o cümlədən, səthi və dərin venaların trombozu, venoz xəstəliklər, yuxarı və aşağı ətraf arteriyalarının trombozu
• Revmatoloji xəstəliklər, o cümlədən, revmatoid artrit, psoriatik artrit, sarkoidoz, qırmızı qurd eşənəyi, skleroderma, CREST sindromu və s.
• Sümük-əzələ sistemi xəstəlikləri, məs., osteopenia, osteoporoz, miozitlər, miopatiyalar və s.

HƏKİMLƏRİMİZ

Peşəkar həkimlərimiz sizin xidmətinizdədir

Dr. Günay Səlimxanova

Endokrinoloq

Dr. Nigar Nəcəfbəyli

Nevroloq

Dr. Firəngiz Adıgözəlova

Kardioloq

Dr. Naibə Həsənova

Mama-Ginekoloq

Bütün həkimlər