Şəkərli diabetə görə kimlər risk qrupuna daxildirlər?
✔ Ailəsində şəkər xəstəliyi olanlar (xüsusilə 1ci dərəcəli qohumlarda);
✔ Ürək-damar xəstəliyi olan insanlar;
✔ Artıq çəkisi olanlar;
✔ Hipertoniyası olanlar;
✔ Triqliseridlərin, HDL -in və xolesterinin yüksək olması;
✔ 45 yaşından yuxarı şəxslər;
✔ Gestasional (hamiləlik) diabet anamnezi;
Şəkərli diabet xəstəliyinin əlamətləri
✔ Susuzluq;
✔ Tez-tez sidiyə getmə;
✔ Çəki itirmə;
✔ Sidik yollarının infeksiyası;
✔ Bulanıq görmə;
✔ Qaşınma;
✔ Yorğunluq, halsızlıq hissi
✔ Dəridə və ağızda quruluq;
✔ Ayaqlarda keyimə.
✔ Yaraların normaldan daha gec sağalması
Hər bir kəs adi halda ildə 2 dəfə qanda şəkər miqdarını yoxlamalı, həmçinin insanın son 3-5 ayda qanda şəkər səviyyəsinin nə qədər olması araşdırılmalı, "gizli şəkər" analizi təyin olunmalıdır.
Şəkərli diabet xəstələr və bu xəstəliyə meyilli olan insanlar müayinəsi və müalicəsi üçün Falck Klinikanın mütəxəssislərinə müraciət edə bilərlər.