Mioma xəstəliyi barədə qısa məlumat!
Miomalar (fibroma, fibromioma, leyomioma) uşaqlığın saya əzələ liflərinin xoş xassəli şişləridir. Bəd xassəli olmaq ehtimalı azdır. Ən çox 30-40 yaş arası qadınlarda rast gəlinir. Xüsusən estrogen hormonları ilə bəsləndiyindən hamiləlik dövründə və reproduktiv yaş dövründə böyüyür, menopouza dövründə isə inkişafı dayanır və ya kiçilir.
Hamiləliyin ilkin dövrlərində endometriuma və ciftin inkişafına təsir etdiyi üçün düşüklərə səbəb ola bilər. Düşüklərə səbəb olan miomanı cərrahi yolla aradan qaldırdıqdan sonra təkrar hamilə qala bilərsiniz.
Miomalar uşaqlıq boynuna yaxın yerləşərsə və ölçüsü böyük olarsa, normal doğuş zamanı dölün başının irəliləməsinə mane olur. Bu da Kesara nisbi göstəriş deməkdir. Yəni qərarı doğuşun gedişi müəyyənləşdirir.
Vaxtında və düzgün diaqnoz üçün müayinə şərtdir!