Kəskin ürək tutmalarının təqribən 45%-i sakit və ya hiss olmadan meydana gəlir və daha çox kişilərdə rast qəlir.
"Sakit infarktın" əlamətləri o qədər zəif və qısamüddətli ola bilir ki, onu adi diskomfortla və ya digər problemlə qarışıq salırlar.
"Sakit infarkt" bütün sinədə kiçik bir diskomfort hissiylə də müşayət oluna bilir.
Sakit infarktın əlamətlərini təxminən bu cür təsəvvür olunur.
✔ Sinədə kəskin ağrı;
✔ Qan təzyiqinin kəskin yüksəlməsi;
✔ Qəfil təngənəfəslik;
✔ Qəfil soyuq tər;
✔ Qolda və ya boyun ətrafında sancılı ağrı;
✔ Başgicəllənmə;
✔ Ürəkbulanma;
"Sakit infarkt" keçirmiş xəstələr zamanında həkimə müraciət etməsələr və tibbi müayinədən keçməsələr təkrar və daha ciddi ürək tutmasına səbəb ola bilərlər.
Vaxtında müayinə olunaraq sağlamlığınızı qoruyun!