Şokoladın beyin üçün faydaları

Tərkibində ən az 70 – 80 % saf kakao olan tünd şokolad qidalandırıcı maddələrlə doludur.

Şokoladın tərkibində:
✔ Kalium, selen, sink, fosfor
✔ Mis
✔ Dəmir
✔ Maqnezium

Şokolad antioksidan xüsusiyyətlərə malikdir və yaddaşı yaxşılaşdırmaq və konsentrasiyanı artırmaq üçün mükəmməl miqdarda kofein ehtiva edir. Əhval-ruhiyyəmizi qaldırır, və güclü antidepresandır, çünki endorfinlərin səviyyəsini artırır və sakitlik və xoşbəxtlik neyrotransmitteri olan serotonin ehtiva edir

Beyin isə yaxşı işləmək üçün çox enerji tələb edir və şokoladın tərkibində olan kakao beyinə qan axını artıraraq neyrovaskulyar əlaqəni yaxşılaşdırır.

Qara şokoladın ürək xəstəliyi və bununla bağlı sağlamlıq problemləri riskini azalda biləcəyini göstərən araşdırmalar da var.


Nevroloq Dr. Nigar Nəcəfbəyli

Bütün məqalələr